Sulutəpədə avtomobillə vurulan ata və oğul sürücünü döydü

sulutepede-avtomobille-vurulan-ata-ve-ogul-surucunu-doydu
Oxunma sayı: 3146

Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.

1994-cü il təvəllüdlü Quluzadə Elgün Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Əvəz Quluzadə yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub.

Xəsarət alan şəxslər avtomobilin sürücüsü ilə əlbəyaxa dava ediblər. Piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.