“Qafqazinfo” xəbər verir ki, sentyabrın 12-də axşam saatlarında adı çəkilən qəsəbədə naməlum şəxs şəhər sakini Ceyhun Hacıyevə basqın edib, onun baş nahiyyəsinə küt alətlə xəsarətlər yetirərək, üzərində olan 2010 manat pulunu və mobil telefonunu qarət edib.
Zərərçəkən şəxsin müraciətindən sonra araşdırma aparan Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, cinayəti törədən şəxs - qəsəbə sakini Sadiq Mirzəyevdir. Onun tutulub istintaqa təhvil verilməsi istiqamətində axtarış aparılır.
Faktla əlaqədar CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi qaldırılıb.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər