Şumaherdən yeni xəbər var

sumaherden-yeni-xeber-var
Oxunma sayı: 984


Müalicəsi dövründə ondan yaxşı xəbərlər gəlsə də, isveçrəli doktor Erich Riederer bu dəfə xoş olmayan xəbər verib. O deyib ki, Şumaher yataq xəstəsi olacaq: 

“Şumaherin qarşıdakı 3 ay ərzində təkbaşına oturması və 6 ay içində əlil arabasından istifadə edə bilməsi böyük nailiyyət sayılacaq”.

Riederer Şumaherin 6 aydan sonra komadan ayılmasının inanılmaz olduğunu bildirib.

Şumaher Fransada keçən ilin dekabrında xizək sürərkən yıxılmışdı. Başı qayaya dəyəndən sonra ağır yaralanmışdı. İyunun 16-da meneceri Sabine Kehm onun komadan çıxdığını bildirmişdi.