Şumaxer hələ də komadadır

sumaxer-hele-de-komadadir
Oxunma sayı: 910


 “Qafqazinfo” xəbər verir ki, hadisədən 9 həftə keçsə də, keçmiş pilot hələ də komadan ayılmayıb. İtaliyanın məşhur  “La Gazzetta Dello Sport” qəzeti Şumaxerin yavaş-yavaş komadan ayılması və ətrafdakı hadisələrə reaksiya verməsi ilə bağlı yazı dərc edib. Lakin Şumaxerin sözçüsü Sabine Kehm qəzetin yazdığı məlumatı təkzib edib: “Mixael hələ də komadadır. Onun nə vaxt ayılacağı dəqiq məlum deyil. Bu çox uzun bir proses ola bilər”

Xatırladaq ki, keçmiş Formula-1 pilotu olan Mixael Şumaxer ötən ilin dekabr ayında Fransada, Alp dağlarının ətəyində xizəklə məşğul olduğu zaman yıxılaraq başından ciddi zədə alıb.

İqbal