“Qafqazinfo” xəbər verir ki, Şumaxer arabir oyaq olur və yaddaşı normallaşır. Bu barədə keçmiş pilotun meneceri Sabine Kehm açıqlama da verib. Kehmin sözlərinə görə, Şumaxer müalicələrə müsbət reaksiya verir: “Mixael arada oyanır və ətrafında baş verən hadisələrin fərqinə vara bilir. Bütün bunları bizləri sevindirir. Lakin tam olaraq onun nə zaman sağalacağını demək sözsüz ki, çətindir”
Xatırladaq ki, Şumaxer ötən ilin dekabr ayında Alp dağlarında xizək sürərkən yıxılaraq başından zədə alıb. O vaxtdan bəri xəstəxanada koma vəziyyətində olan Şumaxerin tam sağalıb-sağalmayacağı bəlli deyil.
İqbal
Son xəbərlər
Son Xəbərlər