“Qafqazinfo” xəbər verir ki, “Formula-1” yarışlarının keçmiş pilotu yarım ildən çox müddət ərzində həmin xəstəxanada koma vəziyyətdə yatıb. Xəstəlik tarixçəsini oğurlayan cinayətkar buradakı məlumatları KİV-lərə satmaq niyyətindədir.
Şumaxerin meneceri Sabina Kem deyib: “Bu, çox qorxunc və iyrənc hadisədir. Mən israrla həmin sənədləri almamağı, xüsusən də, dərc etməməyi tövsiyə edirəm. Biz buna mane olmaq üçün mümkün olan bütün yollardan istifadə edəcəyik”.
Polis cinayətkarı hələlik aşkar edə bilməyib. Almaniya, Fransa və Britaniya KİV-ləri yazır ki, sənədləri 50 min avroya almaq barədə təklif alıblar.
“Belə sənədləri almaq və dərc etmək qadağandır. Kim bu xəbərdarlığa məhəl qoymasa, biz ona qarşı hüquqi xarakterli bütün tədbirləri görəcəyik. Oğurluq faktı müəyyən olunub və artıq hakimiyyət orqanları bu barədə məlumatlandırılıb” –deyə, S.Kem bildirib.
Koma vəziyyətindən çıxan M.Şumaxer hazırda Qrenobldan Lozannadakı reabilitasiya mərkəzinə aparılıb.
M. Şumaxer 2013-cü il dekabrın 29-da Fransada, Alp dağlarında xizək sürən zaman başından travma alıb. Qrenobl Universitetinin hospitalında iki dəfə əməliyyat olunmuş və həmin vaxtdan etibarən burada süni koma vəziyyətində saxlanılıb. Aprel ayında onun vəziyyətində müəyyən irəliləyiş müşahidə olunub: komadan ayılma fazalarının müddəti getdikcə uzanıb, xəstə səslər eşitməyə və ona toxunanda hiss etməyə başlayıb. İyunun 16-da Şumaxerin meneceri onun komadan çıxdığını elan edib.
Son xəbərlər
Son Xəbərlər