Sumqayıt bulvarında dənizə düşən qız xilas edildi

sumqayit-bulvarinda-denize-dusen-qiz-xilas-edildi
Oxunma sayı: 1266

Sumqayıt Dənizkənarı Bulvarı ərazisində 17 yaşlı qız dənizə düşüb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaş sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.