"Sumqayıt"ın yeni mövsüm üçün hazırlıq planı məlum olub.
"Qafqazinfo" klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, "kimyaçılar” iyun ayının 22-si doğma şəhərdə bir araya gələcək.
Toplanışın ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələnin isə ölkə xaricində olacağı planlaşdırılıb.
Samir Abasovun yetirmələri Türkiyənin Bolu şəhərinə üz tutacaq. Komandanın burada bir neçə hazırlıq matçında qüvvəsini sınayacağı nəzərdə tutulub. Hələlik rəqiblərin kimliyi barəsində məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər