“Sumqayıt” – “Fehervar” matçının tarixi dəyişdi

sumqayit-fehervar-matcinin-tarixi-deyisdi
Oxunma sayı: 2365

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la matçın tarixi dəyişdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.

Bildirilib ki, qərar UEFA tərəfindən verilib. Oyun nəzərdə tutulduğu kimi 1 avqustda deyil, 31 iyulda keçiriləcək. 

Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq.