“Sumqayıt helikopterlərlə dezinfeksiya olunmayacaq” - Açıqlama

sumqayit-helikopterlerle-dezinfeksiya-olunmayacaq
Oxunma sayı: 5068

Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair yayılmış məlumatlara aydınlıq gətirib.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlar həqiqəti əks etdirmir:

“Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Şəhər ərazisində yerləşən inzaibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər günü dezinfeksiya edilir”.