“Sumqayıt” kapitanı ilə müqaviləni yenilədi

“Sumqayıt” kapitanı ilə müqaviləni yenilədi
Oxunma sayı: 745

Sumqayıt kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandada debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.