Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turuna start verilib.
“Qafqazinfo”nun məlumatına görə, turun ilk oyunu “Sumqayıt”la “Keşlə” arasında keçirilib.
“Kapital Bank Arena”da keçirilən oyuna fəal başlayan meydan sahibləri 4-cü dəqiqədə iranlı hücumçu Peyman Babayinin vurduğu qolla hesabı açıblar. Görüşün 10-cu dəqiqəsində Vüsal İsgəndərli hesabı bərabərləşdirib: 1:1
Qarşılaşmanın 64-cü dəqiqəsində “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov komandasına ikinci qolu qazandırıb.
Ancaq 80-ci dəqiqədə paytaxt təmsilçisinin müdafiəçisi Slavik Alxasov vurduğu qolla hesabı bərabərləşdirib.
Beləliklə, “Sumqayıt”-“Keşlə” oyununda qalib müəyyənləşməyib – 2:2.
Son xəbərlər
Son Xəbərlər