“Sumqayıt” klubu yeni transferini açıqladı

sumqayit-klubu-yeni-transferini-aciqladi
Oxunma sayı: 1238

“Sumqayıt” FK Kərəm Sultanovla müqavilə imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, son mövsümü Aktau “Kaspi”sində keçirmiş futbolçu Kərəm Sultanovla 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı müdafiəçi komandamızda “4” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Qazaxıstanın “Ordabaşı” klubunun yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Sultanov son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar” (24 oyun) klubunun uğurları üçün çalışıb.