Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın baş verib.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğınsöndürmə işləri başa çatıb.
Bu barədə məlumatı FHN yayıb. Məlumata görə, yanğın saat 20:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər