“Sumqayıt” millimizin hücumçusu ilə müqaviləni yenilədi

sumqayit-millimizin-hucumcusu-ile-muqavileni-yeniledi
Oxunma sayı: 1330

“Sumqayıt” FK daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

“Qafqazinfo” klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, ötən mövsüm komandanın bombardiri olan Əli Qurbani növbəti mövsümdə də “Sumqayıt” FK-nın şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsümdən "Sumqayıt" FK-nın sıralarına qoşulan Əli Qurbani ümümilikdə 19 oyunda 9 dəfə rəqib torlarını silkələməyə nail olub. Qurbani, həmçinin Azərbaycan millisinin də üzvüdür.