“Sumqayıt” millimizin hücumçusu ilə yeni müqavilə bağladı

sumqayit-millimizin-hucumcusu-ile-yeni-muqavile-bagladi
Oxunma sayı: 1324

“Qarabağ”dan Fərhad Vəliyevi heyətinə qatan “Sumqayıt” transfer çalışmalarını davam etdirir.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin hücumçusu Amil Yunanov komanda ilə müqavilə müddətini yeniləyib. 23 yaşlı futbolçu “Sumqayıt” ilə müddəti 2018-ci ilə qədər olan sazişə imza atıb.

Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə “Sumqayıt” FK-nın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə adıçəkilən futbolçu ötən mövsüm komandanın ən sərrast futbolçusu olub.