“Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı

sumqayit-movsumde-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1227

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Kəpəz”in qonağı olub.

Qarşılaşma Sumqayıt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Samir Abasovun komandasının mövsümdə ilk qələbəsi olub.

Azərbaycan Premyer Liqası
XVI tur
4 dekabr

“Kəpəz” – “Sumqayıt” 0:1
Qol: V.Hüseynov, 89.
Qırmızı vərəqə: V.Mustafayev, 84.
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.
Gəncə şəhər stadionu, 14:30.