Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində hazırda davam edən “Sumqayıt” – “Neftçi” matçında dava düşüb.
“Qafqazinfo” xəbər verir ki, epizodların birində "Neftçi"nin futbolçusu İlkin Qırtımov sərt oynayıb.
Bundan sonra futbolçular arasında mübahisə düşüb. Bu zaman “Neftçi”nin futbolçusu Rəşad Sadiqov diqqət mərkəzinə düşüb. Hakim Rəşadı qırmızı, Ruslan Abışovu isə sarı vərəqə ilə cəzalandırıb. Həmçinin, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov texniki zonadan qovulub.
Bundan sonra “Sumqayıt” azarkeşləri “Neftçi” futbolçularına təhqiramiz ifadələr işlədib.
Hazırda matçda “Sumqayıt” 2-0 öndədir.
Qeyd edək ki, bu gün "Qəbələ" - "Zirə" matçında da dava düşmüşdü.





Son xəbərlər
Son Xəbərlər