“Sumqayıt” növbəti transferini açıqladı

sumqayit-novbeti-transferini-aciqladi
Oxunma sayı: 697

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən klub son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizin də (2 oyun) şərəfini qoruyub.