“Sumqayıt” - “Qarabağ” matçının hakimləri açıqlandı

sumqayit-qarabag-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 1040

Azərbaycan Premyer Liqasının XVI turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, "Səbail" - "Sabah" matçı Rəhim Həsənova, "Sumqayıt" - "Qarabağ" görüşü isə Rəşad Əhmədova həvalə olunub.

19 fevral (cümə)

16:00. “Səbail” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakı, "ASCO Arena".

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev

Sumqayıt, "Kapital Bank Arena".

Qeyd edək ki, turun digər 2 oyunu fevralın 20-də keçiriləcək. "Keşlə" "Zirə"ni, "Neftçi" "Qəbələ"ni qəbul edəcək.