“Sumqayıt” “Qəbələ”ni məğlub etdi

sumqayit-qebeleni-meglub-etdi
Oxunma sayı: 1386

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun gününün digər matçı “Sumqayıt”la “Qəbələ” arasında baş tutub. Sumqayıtlılar bu oyunda inamlı qələbəyə seviniblər - 2:0.

Turun açılış matçında isə “Səbail” lider “Qarabağ”la bərabərə qalıb - 1:1.

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel

“Sumqayıt” – “Qəbələ” 2:0
Qol: R.Sadıxov, 66. Ə.Qurbani, 75.
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
“Sumqayıt Arena”, 20:15.