“Sumqayıt” “Sabah”a 3 qolla qalib gəldi

sumqayit-sabaha-3-qolla-qalib-geldi
Oxunma sayı: 922

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

“Sabah” – “Sumqayıt” - 1:3

Qol: Ulise Diallo, 32 (1:0), Peyman Babayi, 56 (1:1), Mehdi Şərifi, 76 (1:2), Əmir Ağayev, 90+5 (1:3)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

“Bank Respublika Arena”