Sumqayıt sakini Kürdəmirdə qəzada öldü

sumqayit-sakini-kurdemirde-qezada-oldu
Oxunma sayı: 2882

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 7-də saat 10 radələrində qeydə alınıb. 

Sumqayıt şəhər sakini Aslan Nəsirov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.