Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun gününün ikinci görüşü “Sumqayıt”la “Səbail” arasında baş tutub.
Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.
Xatırladaq ki, bu turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Neftçi” – “Sabah” matçı isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
3-cü tur
17 avqust
“Sumqayıt” – “Səbail” 2:1
Qollar: Kamran Quliyev, 87. Roi Kehat, 90+2 – Süleyman Alluş, 88.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
Son xəbərlər
Son Xəbərlər