“Sumqayıt” Serbiya, “Keşlə” Rusiya klubuna rəqib oldu

sumqayit-serbiya-kesle-rusiya-klubuna-reqib-oldu
Oxunma sayı: 1135

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” və “Keşlə”nin rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “Sumqayıt” Konfrans Liqasının ilk mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

“Keşlə” isə Rusiya təmsilçisinə rəqib olub. Bakılılar “Soçi” ilə oyunlarda mərhələ keçməyə çalışacaq.