“Sumqayıt” Serbiya klubu ilə bərabərə qaldı

“Sumqayıt” Serbiya klubu ilə bərabərə qaldı
Oxunma sayı: 1664

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin daha bir oyunu baş tutub.

"Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşması “Sumqayıt”la Serbiyanın “Çukariçki” komandası arasında baş tutub.

Azərbaycan təmsilçisi bu rəqiblə ilk matçına səfərdə çıxıb. İlk oyunda qapılara qol vurulmayıb.

Komandalar arasındakı cavab oyunu iyulun 29-da Sumqayıtda keçiriləcək.

Azərbaycanı bu turnirdə təmsil edəcək digər komandalar – “Qarabağ”la “Keşlə” isə ilk matçını sabah keçirəcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
21 iyul

Çukariçki – Sumqayıt 0:0
Baş hakim: Fedayi San (İsveçrə).
Belqrad. “Çukariçki” stadionu.