“Qafqazinfo” “Kapital Bank”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə uyğun olaraq Sumqayıt şəhərində yeni inşa edilmiş stadion ölkə Premyer-liqasının 2014-2015-ci il mövsümündə “Kapital Bank Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malikdir.
Bu münasibətlə keçirilən mətbuat konfransında “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev Kapital Bankla tərəfdaşlıq müqaviləsi barədə jurnalistlərə ümumi məlumat verib.
Son xəbərlər
Son Xəbərlər