Sumqayıt Teatrından yeni xəbər

sumqayit-teatrindan-yeni-xeber
Oxunma sayı: 812


“Qafqazinfo”nun məlumatına görə, mətbuat nümayəndələrini salamlayan teatrına direktoru İslam Həsənov ötən mövsüm Fətəli Axundzadənin “Molla İbrahimxəlil Kimyagər”, Əziz Nesinin “Öldür məni can-ciyər”, Jan Anuyun “Antiqona” əsərlərinə hazırlanan tamaşalardan söz açıb. O bildirib ki,  Sumqayıt teatrı iyulun 6-11-i tarixində Gürcüstanda Kutaisi şəhərinin merinin dəvəti ilə qastrol səfərində olub. Səfərdə Con Patrikin “Qocanı öldürməliyik” tamaşası nümayiş edilib. Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub.

İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. 

Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun “Çiçikovun səyahəti” (Ukraynadan dəvət olunacaq rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin “Əli və Nino” (Gürcüstandan dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir “Otello” (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda), Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov “Vicdanın hökmü” (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter “Sevgili” (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamşalar nəzərdə tutulub.

Qeyd edək ki, teatrın ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrdə festival və qastrollarda iştirak edəcəyi  gözlənilir.