“Sumqayıt” transferdən doymur

sumqayit-transferden-doymur
Oxunma sayı: 643

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son mövsümü “Neftçi”nin heyətində keçirmiş Elçin Sadıqovla iki illik müqavilə imzalanıb. U-17, U-19 və U-21-in milli komandalarının şərəfini qorumuş 23 yaşlı Elçin Sadıqov yeni klubunda 12 nömrəli formanı geyinəcək. Gənc qolkiper keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “Ötən mövsümün sonunda “Neftçi”dən ayrılmağa qərar verdim. Paytaxt klubunda əsas heyətə düşə bilmirdim. Bu səbəbdən daim oynaya biləcəyim komandaya keçmək istəyirdim. “Sumqayıt” Futbol Klubundan təklif alan kimi dərhal danışıqlara başladım. Bu komandada özümü doğruldacağıma inanıram”.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəl Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev və Səlahət Ağayevi heyətinə qatmışdı.