“Məqsəd Azərbaycandakı xəstəxanaları gücləndirməkdir. Bu həkimlər 3 ay müddətində Bakıda və regionlarda xəstəxanalarda işləyəcəklər”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, bu layihənin məqsədi Azərbaycanın koronavirusa qarşı apardığı mübarizəyə dəstək verməkdir:
“Bura gəlmədən öncə İzmirdə 1 həftəlik təlim keçiblər və Azərbaycan hökuməti tərəfindən təyyarə ilə Bakıya gətirildilər. Bu layihə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin necə üstün səviyyədə olmasına dəlalət edir. Aylarla davam edəcək prosedur qısa müddətdə həll edildi”.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib ki, Fondun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə Ümümdünya Səhiyyə Təşkilatı ilə sıx münasibətlər qurulub və əməkdaşlıq aparılır: “Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik.
Koronovirus epidemiyası ilə mübarizənin ilk günlərindən biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq. Bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniyanın istehsalı olan 4 və Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib. Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub. Xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb. Tibb müəssiələrinin maddi texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub.
Fondumuzun Prezidenti, hörmətli Mehriban xanımın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır.
Koronovirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtural təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik.
Heydər Əliyev Fondu tərəfindən eyni zamanda ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülmüş və lazımi qoruyucu vasitələr təmin olunub".
TƏBİB sədri Ramin Bayramlı koronavirusla mübarizə tədbirlərinə Heydər Əliyev Fondunun verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Son xəbərlər
Son Xəbərlər