Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən bu reys - Ləğv edildi

sumqayit-xirdalan-baki-marsrutu-uzre-hereket-eden-bu-reys
Oxunma sayı: 5012

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Belə ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd: Dəyişiklik edilən reyslərinin nömrələri aşağıdakı cədvəldə sarı rənglə işarələnib: