“Sumqayıt” yoldaşlıq oyunları keçirib

sumqayit-yoldasliq-oyunlari-kecirib-
Oxunma sayı: 798


“Qafqazinfo”nun məlumatına görə, U-17 komanda səfərdə “Rəvan” üzərində 7:0 hesablı qələbə qazanıb. Komandada qolları Samir Mehdizadə (2), Elmin Bayramov (2), Murad Məmmədxanov, Orxan Quliyev, İbrahim Abdullayev vurublar.

U-15 komanda da “Rəvan” ilə Sumqayıtda üz-üzə gəlib və qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb. “Sumqayıt”ın heyətində qolları İlkin Həbibzadə (2) və Cavanşir Qafarzadə vurub.

U-13 komandası isə səfərdə “Neftçi”ni minimal hesabla üstələyib. Yeganə qolun müəllifi Samir Məhərrəmli olub.

U-14 komandasının üzvləri “Bakı”nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Qolların müəllifi Səbuhi Abdullazadə və Orxan Məmmədov (2) olublar.