“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yol qəzası Abşeron rayonu ərazisində qeydə alınıb. 90 DK 407 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yol ayrıcındakı dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində avtomobil ciddi deformasiyaya uğrayıb, sürücü isə xəsarət alıb. O, Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Sumqayıtdan Bakıya doğru hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşını əsas və köməkçi yolları ayıran dəmir arakəsməyə vurub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
FHN Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Abşeron rayonunda “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir yolayrıcıya çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1980-cı il təvəllüdlü Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.
Xilasedicilər A.Yarışovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər