“Sumqayıt”a 4 min manat cərimə - Muxtarov üçün mövsüm bitdi

sumqayita-4-min-manat-cerime
Oxunma sayı: 799

 AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqaiznfo” xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.