Sumqayıtda 2 aylıq körpəni oğurlayan qadın- - Video

sumqayitda-2-ayliq-korpeni-ogurlayan-qadin-
Oxunma sayı: 3701



"Qafqazinfo" APA TV-yə istinadən xəbər verir ki, görüntüdə qucağında körpə uşaq olan bir qadının başqa bir sarı saçlı qadınla parkdan çıxdığı görünür. Məhz bu görüntülərdən bir qədər sonra Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova 2 aylıq körpəsinin naməlum şəraitdə parkdan oğurlandığı barədə polisə müraciət edib. Qeyd edək ki, hadisə dünən Sumqayıt şəhərində baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.