Sumqayıtda 29 yaşlı şəxs evində ölü tapıldı

sumqayitda-29-yasli-sexs-evinde-olu-tapildi
Oxunma sayı: 1961

Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.