Sumqayıtda 45 yaşlı kişi özünü güllələdi - Sevgilisindən rədd cavabı alıb

sumqayitda-45-yasli-kisi-ozunu-gulleledi
Oxunma sayı: 3650

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. 

Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.