Sumqayıtda 6 qollu heç-heçə

sumqayitda-6-qollu-hec-hece
Oxunma sayı: 1765

Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında “Sabah” səfərdə “Sumqayıt”la üz-üzə gəib.

Oyun 3:3 hesablı bərabərliklə bitib.

Günün ilk matçında “Neftçi” evdə “Araz-Naxçıvan”la heç-heçə edib - 1:1.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib.

“Kəpəz” – “Səbail” və “Zirə” – “Şamaxı” görüşləri isə sabah keçiriləcək.