Sumqayıtda 82 yaşlı kişi itkin düşdü

sumqayitda-82-yasli-kisi-itkin-dusdu
Oxunma sayı: 1962

Sumqayıtda 82 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yunis Hüseynov yanvarın 31-i saat 16:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağlar massivindən çıxıb. Sonuncu dəfə 2 gün əvvəl Stansiya Sumqayıt ərazisində kafedə görünüb. Dünən isə Sumqayıt-Bakı yolunda görünüb. Əynində qara kurtka, açıq göy boza çalan şalvar, başında qara papaq var.

Onu görən şəxslərin aşağıdakı nömrələrlə əlaqə saxlaması xahiş olunur. (+994 50) 304 10 82 – Rəşad (+994 50) 491 80 82 – Vüqar