Sumqayıtda 90 yaşlı kişi koronavirusdan sağaldı - Video

sumqayitda-90-yasli-kisi-koronavirusdan-sagaldi
Oxunma sayı: 2844

Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına çox ağır vəziyyətdə gələn daxil olan 90 yaşlı xəstə Əfqan Əsgərov koronavirusdan sağalaraq evə buraxılıb.

"Qafqazinfo" Baku TV xəbər verir ki, 90 yaşlı Əfqan Əsgərov vəziyyətinin pis olduğunu görərək xəstəxanaya müraciət edib. Həmin zaman məlum olub ki, o, COVID-19 virusuna yoluxub.

16 gün ərzində müalicə alan yaşlı kişi artıq özünü yaxşı hiss etdiyini deyir.

Əfqan Əsgərovu müalicə edən və Rusiyadan dəvət olunan həkim Alim Hüseynov isə xəstənin qəbulu zamanı onun vəziyyətinin orta-ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığını bildirir.