Sumqayıtda ana və övladı dənizdə boğuldu - Yenilənib

sumqayitda-ana-ve-ovladi-denizde-boguldu
Oxunma sayı: 7908

Sumqayıtda ana və övladı dənizdə boğulub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.

***

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

Məlumata görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.