“Qafqazinfo” xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkət edən marşrut avtobusu "Kamaz" markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində marşrut avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Dəhşətli qəza nəticəsində ağır yaralıların olduğu bildirilir. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.