Sumqayıtda beşmərtəbəli bina yandı

sumqayitda-besmertebeli-bina-yandi
Oxunma sayı: 1396

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.
 
Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.