Sumqayıtda bıçaqlanma olub

sumqayitda-bicaqlanma-olub
Oxunma sayı: 1390

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 20-i saat 20 radələrində Novxanı bağlar massivində yerləşən “Murad” marketin qarşısında qeydə alınıb.

1980-cı il təvəllüdlü Anar Əliyev şəxsi münasibətlərin pozulması zəminində tanışı, 1996-cı il təvəllüdlü Məhəmməd Həsənovu bıçaqlayıb. M.Həsənov xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.