Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

sumqayitda-binada-yangin-olub-sakinler-texliye-edilib
Oxunma sayı: 1169

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.