Sumqayıt şəhəri ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər