Sumqayıtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi

sumqayitda-daha-bir-muellim-koronavirusdan-dunyasini-deyisdi
Oxunma sayı: 6676

Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub. 

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Məsudə Səfərəliyeva bu gün COVID-19-dan vəfat edib. O, riyaziyyat fənnini tədris edib.

Xatırladaq ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova da ötən gün koronavirusdan dünyasını dəyişib.