Sumqayıtda ev yandı, xəsarət alan var

sumqayitda-ev-yandi-xesaret-alan-var
Oxunma sayı: 1932

Sumqayıtda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.