Sumqayıtda evdən 2 ədəd qumbara tapıldı

sumqayitda-evden-2-eded-qumbara-tapildi
Oxunma sayı: 1751

Sumqayıtda evdə 2 qumbara və 15 dini məzmunlu broşura aşkar edilib.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.