Sumqayıtda 59 yaşlı kişi işlədiyi yerdə ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Etilen-Polietilen zavodunda baş verib.
Belə ki, həmin zavodda çalışan Sumqayıt şəhər sakini 1960-cı il təvəllüdlü Orucov Oruc Mustafa oğlu iş zamanı dünyasını dəyişib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Son xəbərlər
Son Xəbərlər